Мамлайф
Мамлайф
Приложение для мам
Feride
Feride
Мама сына-младенца

Ailədə uşaq tərbiyəsinə uşaqlarımızın körpəliyindən başlamalıyıq. Bəs biz nə edirik? Özü yellənən, özü oxuyan beşiklərdə…

Ailədə uşaq tərbiyəsinə uşaqlarımızın körpəliyindən başlamalıyıq. Bəs biz nə edirik? Özü yellənən, özü oxuyan beşiklərdə böyüyən, süni qida ilə qidalanan laylalardan uzaq körpələr yetişdiririk. Halbuki laylalarımız dua idi, dilək idi, arzu idi. Daha sonra da uşaqlarımız əcaib məxluqlardan qəhrəmanlar düzəldilmiş xarici cizgi filmlərinin təsiri altında aqressivləşirlər. Gəlin, uşaqlarımızı bu filmlərdən uzaq tutaq və bu filmlər əvəzinə onlara çoxlu nağıllar danışaq. Çünki cizgi filmlərinə səssiz baxan uşaq, əksinə nağıllara qulaq asdıqda saysız-hesabsız suallar verir və nəticədə, nə qədər şey öyrənir.


Uşaqlara dəyər vermək üçün ən gözəl yol danışmaqdır. Həmçinin, onu danışdırmaq və dinləməkdir. Halbuki biz uşaq sobaya yaxınlaşır “Cızz” deyirik, yazmaq istəyir “Cızz” deyirik, kitaba əl uzadır “Cızz” deyirik və s. Təqlid edərək, toxunaraq öyrənməli olduğu halda, təəssüf ki, “cızz-cızzlarla” qorxudulan uşaqlar böyüdürük. Başqa bir misal. Analar uşaqlarına hirslənir və: “Dərslərini oxumursan! Axşam atan gələndə deyəcəyəm” deyirlər. Halbuki onlar bununla iki yerdə səhv addım atırlar. Birincisi, “Dərslərini oxumursan” deməklə uşağın beyninə çalışqan olmadığını “yeridirlər”. İkincisi isə “cəzalandırıcı” ata obrazı formalaşdırırlar. Nəticədə də uşaq atanın evə gəlməsini istəmir. Halbuki ana belə deyə bilər: “Oynamamışdan əvvəl bir az kitab oxumaq istəmirsən?” Beləliklə, uşaq özü seçim etmiş olar və bu seçiminin məsuliyyətini daha asan daşıyar. Uşağı oxumağa həvəsləndirmək üçün az oxuduqda belə onu təqdir etməli, təbrik etməli və alqışlamalıyıq. Seriallardan və telefon söhbətlərindən başı açılmayan anaya, televizorun pultunu əlindən qoymayan ataya uşaq hansı problemini deyə və ya onlarla necə ünsiyyət qura bilər? Uşaqlarla ünsiyyət qurarkən böyüyən nə deməyindən çox uşağın nə anlamağı əhəmiyyətlidir. Uşaqla ünsiyyət qurarkən vermək istədiyimiz əsas fikir uşağın mənliyinə deyil, xarakterinə yönəlməlidir. Biz isə buna ancaq ifadələrimizi və üslubumuzu dəyişərək nail ola bilərik. Məsələn:


1. “Əziz balam, kiçik qardaşına qarşı daha diqqətli ola bilərsənmi?” Verilən fikir: Səndən daha çox diqqət gözləyirəm. Alınan fikir: ailəyə, qardaşa qarşı diqqətli olma.


2. “Sən istəsən, ən tərbiyəli və ən yaxşı oxuyan şagird ola bilərsən”. Verilən fikir: Sənə inanıram. Alınan fikir: Cəsarətləndirmə, güvənmə.


3. “Səhv edə bilərsən, oyunda uduza bilərsən, buna hazır olmalısan, ruhdan düşmə gələn səfər qalib sən olarsan”. Verilən fikir: Ruhlandırma, inam. Alınan fikir: Daha çox çalışmalı, özünü bir daha sınamalı və s... Uşaqlarınızla ünsiyyət qurmaq üçün onlara vaxt ayırmaq lazımdır. Uşaqlarla kinoya, balıq tutmağa, tarixi muzeyləri gəzməyə, xəstə və nümunəvi insanları ziyarət etməyə getmək lazımdır.

9

Комментарии

leviosa

Ляман

Мама двоих (младенец)

Size bu posta gore derin minnetdarligimi bildirirem. Chox gozel,menali sozlerdi, ve mence her bir insan ozu uchun burdan bezi sheyleri goture biler. Allah biz analara sebr versin ve can sagligi versin ki ovladlarimizdan durust, yaxshi insanlar boyudek,Amin Inshallah🙏🏼

aa.esya

Asmer

Мама сына-младенца

ALLAH USHAGLARIMIZIN TERBIYESI TEREFINDEN BIZLERI UTANDIRMASIN IN SHA ALLAH AMIN !!!

fira1996

Feride

Мама сына-младенца

@leviosa mende size tewekkur ediremki sebrinizi basib axira kimi oxudunuz turkler demiw ne mutlu bana))eger ordan bir wey goturduzse cox sevindim😍

fira1996

Feride

Мама сына-младенца

@aa.esya amin inwaAllah her wey bizim elimizdedi bacarmiram deye bir wey yoxdu ana yeri geldikde qeddar yeri geldikde ureyi yumwaq olmalidi uwaqda anada oz yerini bilmelidi

firuza27

firа

Мама сына-младенца

я вот читаю вспоминаю Нариндж Рустамову она тоже все так по полочкам излагает)

fira1996

Feride

Мама сына-младенца

@firuza27 ele onun sozleridide bilmeyenler bilsin deye paylawdim)meselem men bayaq oxudum😘

huseynova

Nika

Мама дочки-младенца

əllərinizə sağlıq çox xoşum gəldi. oxuduqca türklərin uşaqların davrandığı hər suallarına cavab vermələri yadıma düşdü. türklər səbirlidi onlar qışqırmır vurmur uşaqların. məndə bir çey öytənmiş olfum çox sağolun

fira1996

Feride

Мама сына-младенца

xowdu yeterki ovladlarimiz terbiyeli boyusun @huseynova

del_1518668710_ggggggghhhhhhhhhm

Удалён

👏🏻👏🏻👏🏻demeli duz uoldaym teriflemek olmasin.qizim cox vaxt menim cawkamdan cay isteyir.deyirem istudi horurem yene istiyir uzadir elini vurur cawka ozu o qeder qaynar olmur gorur istidi elin cekir.deyirem aoyuyanda vererem gedir gelirii soyuyubda ver) yada bawqa weyde her weye elini vurmag icaze veremki maraqi qalmasin xowuna gelmediyine ikinci defe el vurmur cunki artiq bilir nedi

Медитация и воспоминания

https://youtu.be/naVo4GNOdD0?si=grXcvOH30dLyp2pm Bəzilərinə gülməli gələ bilər bu ama komentleri oxumağlarını və öz gördüklərimi qeyd edecəm. Azerina xanımda bu meditasıyanı ederək böyük bir( məbləğlə ) kecmiş həyatınızda kim olduğunuzu deyir)) Ama bu videoda isə ödənişsiz özünüz edə bilərsiz) Deməli qızlar meditasiya zamanı qaranlıq və sakit otağ lazım olacağ tək olmağınız və gecə olması daha yaxşıdır. Videoda hər şey deyilir,hansı pozisiyonda uzanmalısız nə fikirləşməlisiz həmin fikirlərdə neynəməlisiz və bunları dəqiqliknən edəndə Başka bir dünyaya gedirsiz loru dildə desək Əvvəlki dünyanıza Əvvəlki yaşam tərzinizə Mən ağlıma hec vaxt gəlmiyən yerə və bədənə sahib idim Qəbilədə yaşayırdım,zənci idim,evimiz şəraitsiz idi, taxtalı beşikdə qardaşım var idi yaşım 18 idi. anam atam qardaşım və mən idik. Anam və atam yaşlı görsənirdilər çox İkisidə zənci idi balaca qardaşımda. Özüm isə 70 kğ balaca boy zənci qız idim Ağ iri dişlərim var idi Saclarım hamısı hörüklü idi və ağrıdırdı. Çox xoşbəxt idim Meşədə gülərək qacırdım valideyinlərimin mənimlə fərqli dildə danışığlarını eşidirdim Qısa tünd yaşıl qalın bir geyimdə idim Ayağımda ayaqqabım yox idi Ev cox şəraitsiz idi və ev kimi deyildi —- İndiki halımla qarşılaşandakı reaksiyam belə oldu Çox gözəl və arığ olduğumu dedim Konfortlu həyatım var Ama cox narahatdı İndiki halıma aşik olmuşdum gəlmək isdəmədim ama yenədə O vücutda orda qalmağ istəyirdim. Bu qədər qızlar Möhtəşəm idi Ayılmağ isdəmirdim gözümü acanda onları yaşayıb yenidən bu dünyaya atılmış kimi hiss elədim. Dəli kimi baxmayın mənə😹😹😹 Gedin komentləri oxuyun camaat nələr kimlər olub 😹 Özünüzdə edəndə sadəcə şok kecirəcəksiniz.

Salam qızlar o gündən depressiyaya düşmüşəm:((33 həftəliyində uziyə getdik uşağın çəkisini 2100 dedi dediki normadan 100…

Salam qızlar o gündən depressiyaya düşmüşəm:((33 həftəliyində uziyə getdik uşağın çəkisini 2100 dedi dediki normadan 100 qram əskikdi amma bir aya 3000 ola bilər narahat olma biz isə toppuş gözləyirdik:(kim belə bir halla rastlaşıb yuz faiz uşaq arıq doğulacaq görəsən?mənim çəkimdə çox artmiyim amma dolubədənli biriyəm belə halla kim rastlaşıb və doğulanda uzinin dediyi çəkidə olub uşağınız?

Что случилось с анализом ребёнка?

🆘 🆘 🆘 Salam qızlar biz uje tekənmişik((( balacaya 3 sistem elətdirmisik analiz vermisik Crp vr qan umumi analizi tərtəmizdi. Amma qusmanı dayandır bilmirik nece gun cekir bu ije sabah 5ci gundu ağlıma gəlməyən yoxfu uşaq heyi yoxdu sabah yenə həkimə aparacayıq. Uşaq niyə qussun axı sebeb nə ola bilər? Yalnız qusma var bu gun bir defe ishal oldu o da dehset curumus bir qoxu var idi. Amma ishal yoxfu usaqda. Kimlərin basin agəlib sadəcə qusma halsizliq qizditma 36-37 düşür qalxır

Что значит каждый прожитый день?

Artıq bir aydır ki səhərlər səsinlə oyanırıq🤍 Bir aydır ki həyatımız daha rəngarəng, daha maraqlı, daha gözəl olub🤍 Bir aydır ki hər sənə baxanda şükür edirik🤍 Bir aydır ki həyatımızda varsan, həyatımızsan..🤍 Və yaxşı ki varsan, canım oğlum, səni çox sevirik🙏🏼