Ailədə uşaq tərbiyəsinə uşaqlarımızın körpəliyindən başlamalıyıq. Bəs biz nə edirik? Özü yellənən, özü oxuyan beşiklərdə böyüyən, süni qida ilə qidalanan laylalardan uzaq körpələr yetişdiririk. Halbuki laylalarımız dua idi, dilək idi, arzu idi. Daha sonra da uşaqlarımız əcaib məxluqlardan qəhrəmanlar düzəldilmiş xarici cizgi filmlərinin təsiri altında aqressivləşirlər. Gəlin, uşaqlarımızı bu filmlərdən uzaq tutaq və bu filmlər əvəzinə onlara çoxlu nağıllar danışaq. Çünki cizgi filmlərinə səssiz ...