Мамлайф
Мамлайф
Приложение для мам
Feride
Feride
Мама сына-младенца

Evlilik ağacının ən şirin və ən gözəl meyvəsi uşaqdır. Uşağın xarakteri ata və ana arasındakı münasibətlər əsasında…

Evlilik ağacının ən şirin və ən gözəl meyvəsi uşaqdır. Uşağın xarakteri ata və ana arasındakı münasibətlər əsasında formalaşır.

Valideynlərin bir-biri ilə qarşılıqlı münasibəti uşaqlar üçün bir ölçü vahididir. Ata-ana müraciət edərkən xoş sözlərdən istifadə edirsə, ailədə qarşılıqlı hörmət mövcuddursa, təbii ki, uşaqlarda da həm valideynlərinə, həm də ətrafındakı insanlara qarşı xoş münasibət formalaşacaq. Əgər uşaq anaya qarşı kobuddursa, bu atanın münasibətindən irəli gəlir, ya da uşaq atanı saymırsa, demək ana da atanı saymır.

Ata və ananın davranışları elə nizamlanmalıdır ki, uşaqlarımız bizi dost və sirdaş görsünlər və həmişə güvənib etibar etsinlər. Digər tərəfdən, əgər uşaqlarımız sözümüzlə əməlimiz arasında bir təzad görsə, bizə olan inamları sarsıla bilər. Adətən, uşaqlar 0-6 yaş arasında öyrənirlər, 6-12 yaş arasında öyrəndikləri xarakterlərinə oturur, 12 yaşdan sonra isə şəxsiyyətlərinin inkişafında xarakterə çevrilən davranışlar nümayiş etdirirlər.

2

Комментарии

fira1996

FerideМама сына-младенца

сенде сагол вар ол гохум😊

Ответить

firuza27

firаМама сына-младенца

сагол гохум))

Ответить

Что значит каждый прожитый день?

Artıq bir aydır ki səhərlər səsinlə oyanırıq🤍 Bir aydır ki həyatımız daha rəngarəng, daha maraqlı, daha gözəl olub🤍 Bir aydır ki hər sənə baxanda şükür edirik🤍 Bir aydır ki həyatımızda varsan, həyatımızsan..🤍 Və yaxşı ki varsan, canım oğlum, səni çox sevirik🙏🏼