Mom.life
indira
sadvus
indira
"İrina Polikarpova (Makarova) və onun yoldaşı Anton Polikarpov "Reproduktiv Sağlamlıq Mərkəzi"nə 5 illik sonsuzluq şikayəti ilə müraciət ediblər. Aparılan lazımi analizlər nəticəsində cütlüyə ekstrakorporal mayalanma üsulu ilə müalicə təklif olunub. 2015-ci ilin sentyabrın 30-da embrion transferi həyata keçirilib və nəticədə xəstə əkiz uşaqlara hamilə qalıb.

Hamiləlik müddətində heç bir ağırlaşma olmayıb və 2016-cı il iyun ayının 1-nə "Bakı Medikal Plaza"da planlı qeysəriyyə əməliyyatı təyin olunub. Əməliyyatı özüm və assistentim, tibb elmləri namizədi Sevinc Qarayeva aparmışıq. Əməliyyat nəticisində birincisinin çəkisi 2240 q, ikincisinin çəkisi 3130 q olan iki oğlan uşağı dünyaya gəlib. Əkiz hamiləlikdə uşaqlığın aşağı seqmentinin divarının fizioloji incəlməsini nəzərə alaraq qeysəriyyə əməliyyatı zamanı döldən birinin bud nahiyəsi neştərlə zədələnib. Kəsik incə, uzunluğu 1 sm, dərinliyi isə 0,1 sm-dən dərin olmayıb və heç bir cərrahi müdaxilə tələb etməyib. Döl üçün həyati təhlükə doğurmadığından pediatr tərəfindən yaranın üstünə sadəcə plastır yapışdırılıb. Hal-hazırda hər iki dölün vəziyyəti yaxşıdır.

Əməliyyat olunan gün saat 8 radələrində xəstənin qohumları əməliyyat nəticəsi barədə məlumatlandırılıblar.

Əməliyyatdan sonra isə xəstə Reanimatologiya və intensiv terapiya şöbəsinə keçirilib. Burada ona mama-ginekoloq Sevinc Qarayeva nəzarət edib. Həmin vaxt xəstənin həyati vacib göstəriciləri - arterial təzyiq, nəbz, sidikçıxarma, həmçinin xaric olan qanın ümumi həcmi və uşaqlığın tonusu daimi monitorinq altında norma daxilində olub".

Lakin həkimin sözlərinə görə, saat 10:50-də xəstədə az miqdarda qanaxma qeydə alınıb və əməliyyatsonrası qanaxmalarda respublika üzrə qəbul olunmuş protokollara uyğun olaraq lazımi konservativ tədbirlər həyata keçirilib:

"Mən bu barədə məlumat aldım və 15 dəqiqə sonra yenidən klinikaya qayıtdım. Uşaqlığın yığılması üçün protokol üzrə bütün tədbirlər görüldü və hemodinamik göstəricilər stabilləşdi. Bundan sonra saat 12 radələrində 300 ml həcmində qanaxma müşahidə olundu və dərhal xəstənin yaxınlarına mümkün təkrar əməliyyatlar barədə məlumat verdim. Həmçinin "Bakı Medikal Plaza"nın Ginekoloji şöbəsinin müdiri Alik Qurbanovu da məlumatlandırdım. Təkrar əməliyyatda Alik Qurbanovun özü də iştirak etdi. Hər iki əməliyyatda xəstənin gənc yaşı nəzərə alınaraq, apardığımız konservativ və manual prosedurlara baxmayaraq, qanaxma dayanmadığı üçün uşaqlıq və yumurtalıqlar amputasiya olundu".

Ö.Tulumbacı qeyd edib ki, hazırda xəstəyə hərtərəfli genişmiqyaslı reanimatoloji yardım göstərilir: "Xəstənin vəziyyəti və həyati vacib göstəriciləri stabildir. Biz inanırıq ki, İrina Polikarpova tez bir zamanda ayağa qalxıb yeni doğulmuş körpələrinə və ailə yaxınlarına qovuşacaq".

Qeyd edək ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyinə hər hansı formada rəsmi müraciət və ya şikayət daxil olmayıb. Nazirlikdən bildiriblər ki, əgər şikayət daxil olarsa, faktla bağlı araşdırmalara başlanılacaq.
10.06.2016
6

Лучший комментарий

Комментарии

inciw
inciw
Blin Sevinc qaraeva moy vra4😂
10.06.2016 Нравится Ответить
gg626
gg626
😯Allah uzag elesin
10.06.2016 Нравится Ответить
Читайте также