Мамлайф
Мамлайф
Приложение для мам
indira

"İrina Polikarpova (Makarova) və onun yoldaşı Anton Polikarpov "Reproduktiv Sağlamlıq Mərkəzi"nə 5 illik sonsuzluq…

"İrina Polikarpova (Makarova) və onun yoldaşı Anton Polikarpov "Reproduktiv Sağlamlıq Mərkəzi"nə 5 illik sonsuzluq şikayəti ilə müraciət ediblər. Aparılan lazımi analizlər nəticəsində cütlüyə ekstrakorporal mayalanma üsulu ilə müalicə təklif olunub. 2015-ci ilin sentyabrın 30-da embrion transferi həyata keçirilib və nəticədə xəstə əkiz uşaqlara hamilə qalıb.

Hamiləlik müddətində heç bir ağırlaşma olmayıb və 2016-cı il iyun ayının 1-nə "Bakı Medikal Plaza"da planlı qeysəriyyə əməliyyatı təyin olunub. Əməliyyatı özüm və assistentim, tibb elmləri namizədi Sevinc Qarayeva aparmışıq. Əməliyyat nəticisində birincisinin çəkisi 2240 q, ikincisinin çəkisi 3130 q olan iki oğlan uşağı dünyaya gəlib. Əkiz hamiləlikdə uşaqlığın aşağı seqmentinin divarının fizioloji incəlməsini nəzərə alaraq qeysəriyyə əməliyyatı zamanı döldən birinin bud nahiyəsi neştərlə zədələnib. Kəsik incə, uzunluğu 1 sm, dərinliyi isə 0,1 sm-dən dərin olmayıb və heç bir cərrahi müdaxilə tələb etməyib. Döl üçün həyati təhlükə doğurmadığından pediatr tərəfindən yaranın üstünə sadəcə plastır yapışdırılıb. Hal-hazırda hər iki dölün vəziyyəti yaxşıdır.

Əməliyyat olunan gün saat 8 radələrində xəstənin qohumları əməliyyat nəticəsi barədə məlumatlandırılıblar.

Əməliyyatdan sonra isə xəstə Reanimatologiya və intensiv terapiya şöbəsinə keçirilib. Burada ona mama-ginekoloq Sevinc Qarayeva nəzarət edib. Həmin vaxt xəstənin həyati vacib göstəriciləri - arterial təzyiq, nəbz, sidikçıxarma, həmçinin xaric olan qanın ümumi həcmi və uşaqlığın tonusu daimi monitorinq altında norma daxilində olub".

Lakin həkimin sözlərinə görə, saat 10:50-də xəstədə az miqdarda qanaxma qeydə alınıb və əməliyyatsonrası qanaxmalarda respublika üzrə qəbul olunmuş protokollara uyğun olaraq lazımi konservativ tədbirlər həyata keçirilib:

"Mən bu barədə məlumat aldım və 15 dəqiqə sonra yenidən klinikaya qayıtdım. Uşaqlığın yığılması üçün protokol üzrə bütün tədbirlər görüldü və hemodinamik göstəricilər stabilləşdi. Bundan sonra saat 12 radələrində 300 ml həcmində qanaxma müşahidə olundu və dərhal xəstənin yaxınlarına mümkün təkrar əməliyyatlar barədə məlumat verdim. Həmçinin "Bakı Medikal Plaza"nın Ginekoloji şöbəsinin müdiri Alik Qurbanovu da məlumatlandırdım. Təkrar əməliyyatda Alik Qurbanovun özü də iştirak etdi. Hər iki əməliyyatda xəstənin gənc yaşı nəzərə alınaraq, apardığımız konservativ və manual prosedurlara baxmayaraq, qanaxma dayanmadığı üçün uşaqlıq və yumurtalıqlar amputasiya olundu".

Ö.Tulumbacı qeyd edib ki, hazırda xəstəyə hərtərəfli genişmiqyaslı reanimatoloji yardım göstərilir: "Xəstənin vəziyyəti və həyati vacib göstəriciləri stabildir. Biz inanırıq ki, İrina Polikarpova tez bir zamanda ayağa qalxıb yeni doğulmuş körpələrinə və ailə yaxınlarına qovuşacaq".

Qeyd edək ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyinə hər hansı formada rəsmi müraciət və ya şikayət daxil olmayıb. Nazirlikdən bildiriblər ki, əgər şikayət daxil olarsa, faktla bağlı araşdırmalara başlanılacaq.

2

Комментарии

inciw

InciВ ожидании первенца

Blin Sevinc qaraeva moy vra4😂

Ответить

Что значит каждый прожитый день?

Artıq bir aydır ki səhərlər səsinlə oyanırıq🤍 Bir aydır ki həyatımız daha rəngarəng, daha maraqlı, daha gözəl olub🤍 Bir aydır ki hər sənə baxanda şükür edirik🤍 Bir aydır ki həyatımızda varsan, həyatımızsan..🤍 Və yaxşı ki varsan, canım oğlum, səni çox sevirik🙏🏼

Evden çıxdım ki çörək alım açarı götürdüm hələ dedim öz özümə ki yaddan çıxar açar qalaram çöldə :( telefonu da puluda…

Evden çıxdım ki çörək alım açarı götürdüm hələ dedim öz özümə ki yaddan çıxar açar qalaram çöldə :( telefonu da puluda götürdüm çıxdım. geldim ki qapını açam açar yoxdu huşsuzameee qalmışam qapıda :'( evde de heç kes yox. yoldaşım da işdedi 8 də çıxır 9 yarısı evde olur.( türk saatıyla yeni) nə edimmm meeennnn :'(((( qaldım çöldəə 1 saat ne edecemm :'( oturmuşam pilləkəndə. kimə desem güləree yoldaşıça da zəng etməyə qorxuram ki hirslənəcək :((((

Niyə uşağım smesi yemək istəmir? Smesini dəyişim?

Qizlar salam. Men 2 gundurki ogluma smesi təklif edirəm və o əli ilə itələyir yemək istəmir. Doğulandan bəri yediyi smesdjr nie belə edir bilmirəm. Ola bilər iki bu necə aydan sonra smesin dadını bəyənməsin və yeməsin.? Smesini dəyişim? Ya bu o deməkdir ki ana südü atdığı kimi smesi də atır? Qaldım çaş baş

Bu tema keçən il olmamışdı?bir qız dedi ölüb sonra gəldi ki qohumun yazıb,bu qohumun biri niyə mənim telefonumu götürə…

Bu tema keçən il olmamışdı?bir qız dedi ölüb sonra gəldi ki qohumun yazıb,bu qohumun biri niyə mənim telefonumu götürə bilmir?Allhaqqı şüpələnirdim ki yalandı çünki əməliyyatdan sonra 3 gün keçib indi komaya düşüb day gözləyərdin bir ildən sonra düşərdin də🤦🏽 ♀ Bunlarda ana olub qız böyüdəcəklər😬🤦🏽 ♀

Neden bu kadar aç kalmak zorundayım?

Bu şəkər vermek ne zülüm şeydi. uje başım fırlanır dayana bilmirəm acmışam yemek isteyirem gözlərim qaralır :'( seher 8dən xəstəxanadayam. dünen axşam 9 da sonra yemek yememişem 1ci ac qarnına qan aldılar sonra glukoza içdirdilər yemek yeme dediler 1 saat keçsin yene gel 1 saat keçdi getdim yene qan verdim yene 1 saat gözlə heçne yeme yaxınlaş yene qan ver offfffff ürəyim gedecek indi həm qanımı alırlar həm də yemek yemeye qoymurlarr bele zülüm olar bebeşde çapalayır nam nam isteyir. heç bu qədər ac qalmamışdım. 13 saatdı uje acam 1 saat da gözləyəcəm hələ offff offff yatmaq da isteyirem özümü piss hiss edirem. :'( heç bakıda bele bir şey yoxdu bunlar özlərindən hokka çıxarırlar.