Hamilə qızlar, əgər siz də mənim kimi ət, toyuq supları yeyə bilmirsizsə ama canınız sulu yemək çəkirsə mərci supu hazırlayın... Çooox dadlıdı.
Mən özüm bişirdiyim qaydanı paylaşacam:
Deməli əvvəlcə qazanda yağda soğanı qovururam, sonra üstünə tomat və Galina əlavə edirəm. Azacıq isti su tökürəm ki tomat və galina əriyib yağ soğana qarışsın. Sora daha da çox su əlavə edirem, supu nə qədər bişirmək istəyirəmsə o qədər.
Suyu töküb qaynamağa qoyuram...
Su qaynaya qədər bir dənə iri kartof və 2dənə kökü rəndədən keçirib hazır qoyuram...Su qaynayanda yarım kasa mərcini və rəndədən keçirdiyim kartofla kökü qazana əlavə edib qarışdırıram... Biz evdə çox duru xoşlamırıq ona görə içindəkilər həlim olana qədər qaynadıram, suyu çəkiləndə az-az su tökürəm...İstədiyim formaya gələndə duz, istiot töküb qarışdırıram və 5dəqiqə sonra altını söndürürəm.... Çox dadlı, doyumlu olur...😋👍