Valideynlərın uşaqla davranış və ünsiyyət gedişatında rast gəlinən çətinliklər zamanı loqoped düzgün yolu göstərməli və effektiv ünsiyyətin təmin olunması, terapiyanın da gedişatında sürətli inkişafın getməsi üçün onları bu təlim prosesinə cəlb etməlidir.
Valideynlər uşaqla ünsiyyəti onun anlaya biləcəyi şəkildə açıq və sadə ifadələrlə qurmalıdır. Valideyn nitqini uşağın anlaya biləcəyi həddə sadələşdirməli və konkretləşdirməlidir. Bu zaman onun jest və mimikadan istifadə etməsi, eyni zamanda səsində müəyyən emosianal tonun olması uşağın marağını cəlb edir, təqlid etmə istəyinə təsir edir. Müəyyən əyani vəsaitlərin( şəkillər, fiqurlar və s,) istifadəsi bu prosesi uşağa daha rahat və maraqlı edir.