Mom.life
Psixoloq-Loqoped Kònul Ehmedova
psixoloq_loqoped_konul_ehmedova
Psixoloq-Loqoped Kònul Ehmedova·Мама подростков
post image

Hər ana -ata uşağı üçün bir çox detalı planlaşdırır, uşağı üçün hər şeyin ən yaxşısını istədiyi üçün onlara bol miqdarda  nəzarət edir.

Bu davranış forması uşaqlar üçün məcburedicidir. Uşaqlardan bu nəzarətin qüsursuz qarşılanmasını istəmək qarşıdurmalarınyaranmasına səbəb ola bilər. Bu tələblərə cavab verməyə müqavimət göstərən uşaq da valideynlərinin gözündə söz dinləməyən uşaq tipinə çevrilir.Uşaqlar söz dinləməz, çünki uşaqlar yetkinlərin ağızından çıxan sözlərə görə hərəkət edən robotlar deyil.Uşaqların istəkləri, maraqları, hərəkət etmə vəqayğı görməyə ehtiyacı vardır. Uşağın bu ehtiyacları və istəkləri yetkinin məşğul və planlı həyatında işlərin yolunda getməməsinə səbəb olan bir maneə halına çevrilə bilər. Ana və ata uşağı üçün, bir çox detalı planlaşdırır: səhər qalxma saatı, yeyiləcək olan yeməklər, yatma saatı və s. Bu valideynlərin uşağı üçün hər şeyin ən yaxşısını istəmək arzusudur. Əllər yuyulmalı, çirkli paltarlarla gəzməməli, evdə qaçmamalı, əlləriylə bir şey yeməməli, yalan danışmamalı, oyuncağını paylaşmalı, zamanı yaxşı istifadə etməli, sürətli geyinməli, ev tapşırıqları vaxtında edilməli, qardaşla yaxşı dolanılmalı kimi bol miqdarda nəzarətiqarşılamaq bir uşaq üçün məcburedicidir. Bu səbəblə qarşıdurmalar yaşanır. Qısası, ana- atanın nəzarətinə, ideallarına görə davrana bilməyən uşaq söz dinləməyən uşaq etiketini alır.Uşaqların yetkinin gözlədiyi istəklərə uyğun davranmağa razı salmanın tək yolu, onlara bir şeyləri  əmr etmək deyil,söyləməkdir. Ana- atalar bunun başa düşsələr, söz dinləməyən uşaq imici də ortadan qalxar. Hər uşağın ehtiyacına uyğun intizam anlayışı ilə hərəkət etmək kifayətdir

@idealinkishaf

Sumqayit s.

☎️055.805.72.27

05.05.2019
6

Лучший комментарий

Комментариев ещё никто не написал.

Читайте также