Yalnız Azərbaycanda “ana südündə mikrob var” adlanan diaqnoz mövcuddur.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
"Ana südündə mikrob varmı?" sualına elmi və detallı olaraq yanaşsaq, bəli ana südündə mikrob var. Əvvəllər təbabət ana südünün steril olduğu qənaətində idi. Ancaq aparılan elmi araşdırmalar onu göstərdi ki, ana südündə mikroblar olur ancaq onların uşağa heç bir ziyanı yoxdur. Hətta tam əksinə bu mikroblar körpənin indiki və gələcək inkişafı, sağlamlığı və infeksiyalardan qorunmağı üçün çox-çox faydalıdır. Hətta alimlər körpələr üçün hazırlanan əlavə qidalara da mikroblar əlavə edərək, ana südünə yaxın keyfiyyətdə olmasına çalışırlar.
Azərbaycanda “ana südündə mikrob” adlanan diaqnoz vardır. Məxsusən bu diaqnoz müəyyən narahatlıqları əsasən də qaz problemləri olan yeni doğulmuş və südəmər körpələrə qoyulur. Ana südü əkilməyə verilir və mikrob olduğu təyin edilir. Qidalandığı süddəki mikroblar, körpəyə zərərli olduğu üçün ana südü kəsilir və əlavə qidalara başlanılır. Onu bildirmək istərdik ki, BELƏ BİR DİAQNOZ DÜNYADA MÖVCUD DEYİLDİR. Heç bir elmi əsası olmayan bu diaqnozun qoyulması tamamilə yanlışdır.
Adətən, ana südündə mikrob diaqnozu qoyulan körpələrdə, qaz problemləri olur ki, bunlar da zamanla öz-özünə keçib gedir. Körpənin şikayətləri çoxdursa, burda başqa səbəblər araşdırılmalıdır. Təkrarən qeyd etmək istərdik ki, “südümdə mikrob var və buna görə də körpəni süddən kəsim” bu tamamilə səhv düşüncədir.
Ümumiyyətlə, dünyanın hər bir yerində ana südünün əhəmiyyəti olduqca çox vurğulanır. Hər ildə bir neçə dəfə iştirak etdiyimiz konfranslarda ən az 3-4 mövzu ana südünün əhəmiyyəti haqqındadır. İxtisaslaşmış həkim və professorlar saatlarla ana südünün əhəmiyyəti haqqında danışır. Ümumiyyətlə elm, ana südünün tərkibini tam olaraq kəşf edə bilməmişdir. Hər dəfə də qatıldığımız konfranslarda ana südünün tərkibindəki elementlər və onun faydaları haqqında yeni elmi kəşflər haqqında məlumat verilir. Ana südü əhəmiyyətlidir və sadəcə, bir-iki xəstəlikdən başqa qətiyyən ana südü kəsilməməlidir.
#uzm_altay_abdullaoğlu, #sağlam_körpə_sağlam_gələcək
*Daha çox valideynin faydalanması üçün məlumatı paylaşmağı unutmayın.
#anasudu
Спасибо за полезные посты) 🌹🌹🌹раньше девочки часто выставляли полезную информацию, сейчас одни флешмобы)