Мамлайф
Мамлайф
Приложение для мам
Zəhra
Zəhra
Мама двоих (младенец)

Uşağın yuxu rejimini neçə aydan salmaq olar?

Salam xanımlar🌸 Uşağın yuxusunu neçə ayından rejimə salmaq olur? Böyük qızımın hələ də rejimi yoxdur, yaxşı yatmır da. Heç olmasa balaca qızımı rejimə salmaq istəyirəm. O da yaxşı yatmır. Bir də hansı üsullarla uşağı rejimə salmısınız?

8

Комментарии

leylamammadaliyeva

Лейла

gece yuxusu olduqunu anlamasi ucun rituallar (bezini deishib yuyuram, otaq tam qaranliq ve beliy shum youtubeda qoshuram). gunorta yuxularini ise yanimda uzandiriram sirf gunorta yuxusu ucun odeyali ile ortub uzunu siqalliyiram yatir ozu. bu cedvelle elienden sonra mende tam rejima dushdu. ne geder oyaq qalir nece saat yatir mutleq izleyirem ki gun erzinde koncertler olmasin

Отметок «Нравится»: 1
eliyeva_zehra

Zəhra

Мама двоих (младенец)

Çox sağ olun🌷 Böyük qızımı əvvəldən rejimə sala bilmədim. Hələ də problem yaşayırıq. İndi də balaca qızımla rahat məşğul ola bilmirəm. Məsələn gecə istəyirəm balaca qızımı yatızdırım, böyük səs-küy salır. Əvvəl böyük yatmalıdır ki, balacayla məşğul ola bilim. Böyük də çox gec yatır.

Отметок «Нравится»: 0
zehra.a

FZ_Adgozelova

Мама сына-младенца

Menim oglum evveller beliy wumla rahat yatirdi, ama indi sese cevrilib axtarir ki gorsun hardan gelir ses, tapmayana kimi de diyanmir😁ayagimda yatirdiram, gece de gunuz de zulmet qaranliq olmalidi, ve maxsimum sessizlik ki yatsin.

Отметок «Нравится»: 1
eliyeva_zehra

Zəhra

Мама двоих (младенец)

Çox sağ olun🌷Bizdə də uşaqlar ikisi də səsə qarşı həssasdırlar. İkisi də çox çətin yatırlar. Heç olmasa balaca qızımı rejimə salmaq istəyirəm. Böyük qızımı heç cür rejimə sala bilmirəm. Üstəlik yuxu rejimi son vaxtlar daha da pozulub

Отметок «Нравится»: 0
sabinagrinch

Sabina

Səbr,təmkin tələb edən bir şeydir bu. Tez alınmır rejimə salmaq. Hər gün az eyni saatda,eyni ritualları etməklə rejimə salmaq olur. Əkizlərdə xəstəxanadan gələn gündən gecə rejiminə salmağa başladım. Çalışın gecə yuxusuna hazırlaşarkən asta,sakit danişasiz usaqlarla. Yavaş yavaş onlar da öyrəsəcək

Отметок «Нравится»: 1
eliyeva_zehra

Zəhra

Мама двоих (младенец)

Cavab üçün çox sağ olun🌸 Maksimum təmkinli olmağa çalışıram. Böyük qızım mən yanında uzananda yatır. Uzadıram, neçə dəfə durub qaçır. Saat 3-4-də yatır. Sonra körpə ilə məşğul oluram. Körpə də elə olur neçə dəfə yerinə qoyuram, oyanır. Bəzən hətta səhər saat 6-da yatır. Bilmirəm necə edim ki, hər ikisi rejimə düşsün

Отметок «Нравится»: 0
negin.umair

Afaq

Мама дочки (2 года), беременна (25 нед.)

Hər dəfə bir saat daha tez yatizdiriram öncəki vaxtdan. (Rejim pozulanda və ya çox gec yatanda). Bir də tamamilə qaranlıq otaq olmalıdır. Az-maz işıq gəldi, keçi kimi durur oppanir) deyirəm bax, hamı yatır, heyvanlar, itlər, pişiklər))) (bir-bir sayırıq heyvanları), öz kirpisi var, onu qucaqlayır (sevdiyi heyvanla tez yatır)yuxuya gedir. Özüm təklif edirəm kirpini, yatmaq haqda siqnal olur.

Amma bu gecəyə aiddir. Gündür heç yatmır artıq və məcbur etmirəm.

Indi baxdım ikinci uşağınız üçün yazmısız, çox balacadır mənimkindən. ))heyvanları saymaq üçün))

Отметок «Нравится»: 1
eliyeva_zehra

Zəhra

Мама двоих (младенец)

Təşəkkür edirəm cavablandırdığız üçün 🌷Böyük qızım üçün buna bənzər rituallar edirəm, amma yenə də çox gec yatır. Yanına hansı oyuncağı deyir yığıram, hansı heyvanın adını deyir, deyirəm yatıb. Özüm də yanında uzanıram, yenə də durub qaçır. Dəfələrlə təkrarlanır. Balacanı da bu səs-küyə görə rejimə sala bilmirəm🤷‍♀️

Отметок «Нравится»: 0