Mom.life
Leyla Sultanova
leylasultan347
Leyla Sultanova
post image
Salam! Mənim adım Leyla, psixoloqam və bu, yalnız peşəm deyil, həm də bu nənim həyatımın ayrılmaz bir hissəsidir. Mən uşaqlarla, yeniyetmələrlə və valideynlərlə işləyirəm, onlara özlərini daha yaxşı anlamaqda və həyatda daha əmin addımlarla irəliləməyə dəstək oluram.
Məqsədim hər uşağın uşaqlığının yalnız əyləncəli deyil, həm də psixoloji cəhətdən sağlam olmasıdır. Uşaqların emosiyalarını başa düşmələrinə, çətinliklərlə üzləşdikdə həll yolları tapmalarına və özlərinə inanmağa kömək edirəm. Valideynlərə isə uşaqları ilə daha yaxın və güvənli əlaqə qurmağa dəstək oluram.

Məktəbdə iş təcrübəm var və uşaqların bu dövründə yalnız biliklər deyil, həm də hisslərini düzgün idarə etmələri çox vacibdir. Mən azərbaycan və rus dillərində işləyirəm və hər bir uşağa və valideynə fərdi yanaşmam var.

Əgər Sizdə istəyirsinizsə ki, övladınız özünü rahat və inamlı hiss etsin, ailənizdə daha harmonik münasibətlər olsun, mən sizin yanınızdayam. Gəlin birlikdə, övladınızın sağlam və xoşbəxt bir uşaqlıq yaşamasına kömək edək!!

#psixologiya
#psixoloq
#leylasultan
26.04.2025

Лучший комментарий

Комментариев ещё никто не написал.

Еще записи из канала «Объявления и услуги»
Смотрите все записи из канала в приложении