Sabahınız xeyir xanımlar 🤲🏻
Deməli 34 həftədəyəm ayaqlarıma soyuq olduqu üçün səhərə yaxın mədəmin ağrısına oyanmışam əvvəllər olurdu soyuqlamadan mədəm ağrıyırdı ancaq hamiləlikdə ilk dəfədir😞 rayona istirahətə gəlmişəm guya( ağrı ilə bugün necə gəzəcəm bilmirəm köməyinizə ehtiyacım var nə edə bilərəm 🤲🏻🤲🏻🤲🏻
Yeməyinizə diqqət edin, kaşa yemək imkanı varsa, səhərlər kaşa yeyin. Mannaya kaşa mənə çox kömək edir bu baxımdan. Yumşaq qidalar yeyin. Renni olsa çantanızda yaxşıdır. Ya digər mədə dərmanı. (Hamiləlikdə qadağası olmayan)
Bir də nanə spazmı götürdüyü üçün nanə çayı içə bilərsiz. Qara çay içməyin , elə nanəyə qaynar su əlavə edib qaşıqla əzin, sonra yavaş-yavaş için. Və ya termosda dəmləmək olar. Gün ərzində içmək üçün həm də. (GECƏ İSTİSNA OLMAQLA)
Essentuki qazlı suyun qapağını açın, 15 dəqiqə isti qabın (içi suyla dolu) içinə qoyun, qazı çıxsın və için. Mədənizə çox yaxşı gələcək. Əsl müalicəvi təbii sudur.
Özünüzü qoruyun🌻
@nigar_aliyeva, qebzlık yaradar. agırlıq verır dı şexsen mene.duzu en yaxsısı sarı kızdı mene tam onun komeyı olurdu