Son aldigim etir😍👍👍👍
Haqqinda biraz yazim siz de bilin😇
Elmi cəhətdən sübut olunmuşdur: Magnetista sənin cazibəni artırır. Sirr nədədir? Ətirin mərkəzi ingrediyenti - möhtəşəm və qeyri-adi passiflora çiçəyi - hissləri stimullaşdıran və kişilərdə testosteron miqdarını artıran flavonoid xrizini ehtiva edir. Test zamanı beyin fəaliyyəti, göz hərəkətləri və emosiyaların dərəcəsi ölçülüb. Tədqiqatlar ətirə qarşı açıq birüzə olan müsbət reaksiyanı göstərdi.
*33 könüllü kişilərin iştirak etdiyi klinik sınaqların nəticələrinə görə. Tədqiqatlar Spincontrol Laboratoriyasında (Fransa) aparılmışdır.
Ətirin növü: şərq, çiçəkli.
Üst notlar: neroli, çəhrayı bibər, qara qarağat.
Ürək notları: passiflora çiçəyi, yasəmən, şaftalı çiçəyi.
Əsas notlar: müşk, səndəl, vanil notları.
- Passiflora, ya da deyildiyi kimi, ehtiras çiçəyi, qeyri-adi görünüşü və stimullaşdırıcı xüsusiyyətləri ilə tanınır. Çiçəyin tərkibində kişilərin orqanizminə xüsusi təsir göstərən flavonoid xrizin var.
Ətir iki ulduz ətriyyatçısı -Emili Koppermann və Alyenor Massne tərəfindən hazırlanıb. Emili Balmain, Givenchy, Roberto Cavalli, Trussardi və Versace üçün kompozisiyalar yaradıb, 2015-ci ildə isə Fransanın Cosmétique Mag jurnalının və İtalyan Parfümeriya Akademiyasının versiyasına görə "İlin Parfümeri" oldu. Alyenor Brocard, Tonino Lamborghini, Tous, Armand Basi, Chloé, Chopard və digər brendlər üçün yüzdən çox ətir yaradıb.