Может среди знакомых есть врачи или мед.персонал,которые добровольно захотят помогать в приграничных…
Может среди знакомых есть врачи или мед.персонал,которые добровольно захотят помогать в приграничных больницах. Нужно перейти на сайт и заполнить форму🙌🏻
Перешлите🇦🇿
MÜRACİƏT FORMU LİNK
https://azhd.org/konullu-həkim-muraciət-formu/
Milli Ruh yüksəkliyi ilə dünaynın bir çox ölkəsindən tərəfimizə çox sayıda könüllü tibbi xidmət vermə müraciətləri olmuşdur. Azerbaycanli Hekimler Derneği təşəbbüsü , TƏBİB Rəhbərliyinin ve Azərbycan Respublikası Ankara Sefirliyinin dəstək və əməkdaşlığı ile müraciət portalı tərtib edildi.
Şanlı Ordumuzun düşmənə qarşı keçirdiyi hərbi əməliyyatlarında yaralanan qəhrəman əsgərlərimizə verilən tibbi xidmətə dəstək məqsədi ilə göndərdəyiniz bu form ilkin müraciət olub, ölkə daxilinde TƏBİB Rəhbərliyi tərəfinden lazımlı ixitisaslar ve xidməti ehtiyaclar nəzərə alınaraq plan müəyyənləşdiriləcəkdir.
28.09.2020
Şanlı Azerbaycan Ordusu torpaqlarımızı bir bir azad edərkən hər birimiz sevinc ve fəxr hissi keçiririk. Şübhəsiz ki, müharibələrdə səhiyyənin xüsusi önəmi vardır.
Mülki vətəndaşlarımız öz üzərlərinə düşən qan donorluğu üçün Bakıda və sərhəd bölgəsi xestexanaları önünde sıraya düzülərək dəstəklərini göstərirlər.
Bildiyiniz kimi ordumuz düşmənə qarşı hərbi əməliyyatlar keçirdiyindən yaralılar mövcuddur və daha da artması gözləniləndir.
Bölgədəki xəstəxanalarda başda həkimlər olmaqla mövcud bütün tibbi personal öz vəzifəsini fədakarcasına yerinə yetirməkdədir. Ancaq hərbi döyüş travmalarında saniyələr ilə yarış - ilkin müdaxilə çox vacibdir. Məhz bu səbəbdən könüllü olaraq bölgəyə getmiş həkimlər bir çox yaralı əsgərimizə ilkin müdaxilə etdiklərini, hətta əməliyyatlar icra etdiklərini bildirdilər. Müharibədə yer alan bütün səhiyyə işçilərimizə təşəkkürlər edirik və bu sahədə faydalı ola biləcək həkim və tibb işçilərini dəstək olmağa çağırırıq. Bu dəstək itkimizi azaldacaqdir.
Allah ordumuzu müvəffəq eləsin. !!!
Bu çağırış panika ve kaosdan uzaq bir həmrəylik mesajıdır.
28.09.2020
Sərhədyanı bütün xəstəxanalarla aktiv əlaqədə olaraq portalımızdan ehtiyaclara diqqət çəkin!
DONOR
HƏKİM
TİBBİ PERSONAL
TİBBİ LƏVAZİMAT
TRANSPORT
əksiklikləri barədə könüllü səfərbərlik itkilərimizi azaldacaq
Şanlı Azərbaycan Ordusunun yaralı əsgərlərinə ən böyük dəstəyimiz olacaqdır.
Yaralı əsgərlərimiz ölməsin!!!
Zəfər Bizimdir !!! Yaşasın Azərbaycan !!!