Bir gün bir yəhudi ravvinin yanına gəlir və deyir: - Mənim toyuqlarım ölürlər, nə edim? - Bir çevrə…
Bir gün bir yəhudi ravvinin yanına gəlir və deyir:
- Mənim toyuqlarım ölürlər, nə edim?
- Bir çevrə çək, içinə dən tök, yesinlər.
Yəhudi çevrə çəkir, dən tökür, toyuqları yemləyir, toyuqlar ölməyə davam edirlər. Bir həftə sonra qayıdır:
- Bəs indi nə edim?
- Kvadrat çək, dəni kvadratın içinə tök, yoxla.
Yəhudi kvadrat çəkir, dən tökür, toyuqları yemləyir, toyuqlar ölməyə davam edirlər, bir həftə sonra qayıdır:
- Bəs indi nə etməli?
- Üçbucaq çək, dəni üçbucağın içinə tök, belə də yoxla.
Yəhudi üçbucaq çəkir, dən tökür, toyuqları yemləyir, toyuqların hamısı ölürlər və yəhudi deyir:
- Bütün toyuqlarım öldü.
Ravvin deyir:
- Təəssüf! Hələ mənim nə qədər ideyalarım var idi...
Operativ Qərargahın sərtləşmə, yumşalma, xüsusi karantin, sərt karantin, həftəsonu qadağaları, tam qapanma, daha sərt karantin eksperimentlərini görəndə bu lətifə tam yerinə düşür.
Увидела этот коммент на ФБ))) очень понравилось)))))
Badi❤️·
Hewne..🤦🏻♀️😂😂😂
Sevanə Mirzəyeva·
Bizim dovletde günah onda olduki koronavirus ola ola dediler yoxdu gezdiler her yeri uje millet ayaqa qalxdi dediler he var indide qirilir camahat😐ama bu letife heqiqeten yerine dusub😂