Uşağım yalan danışır? Doğru yanaşma və təcrübə!
Yalan danışma!– Əvəzinə düzünü danış deyə bilərsiniz. Birinci halda günahlandırırsınz və eyni zamanda sıxışdığında yalan danışa biləcəyini göstərirsiniz, ikincidə isə düzgün istiqamət verirsiniz və digər bir alternativi olmur.
Mən özümdən deyim qızım bəzən nəyisə qirdiqda, ya dağıtdıqda mən eləmədim deyirdi.Evdədə ikimiz olduğu üçün bunu onun etdiyini bilirdim.Zamanla yalan danışma vərdişi yaranmasın deyə onla bir gün qabaq qabağa oturub söhbət etdim. Qızıma dedimki doğrunu söyləsən mən çox sevinərəm,məni çox xoşbəxt etmiş olarsan və heç bir halda etdiyin məsələ yanlışda olsa doğru dediyin üçün sənə əsəbləsmərəm
O söhbətdən sonra o mənə heç yalan demeyib . Nə qədər bu məsələdə duz etdim deyə bilərəm amma bizdə alındı. Onun hələ 4 yaşı var böyüdükcə necə olacağını zaman özü göstərəcək