Мамлайф
Мамлайф
Приложение для мам
Нара Али

Müstəhəbdir ki, Ramazan ayının hər gecəsi iki rükət namaz qılına və hər rükətdə bir dəfə «Həmd» və…

Müstəhəbdir ki, Ramazan ayının hər gecəsi iki rükət namaz qılına və hər rükətdə bir dəfə «Həmd» və üç dəfə «İxlas» surəsi oxunar.

Namazın salamını verdikdən sonra bu dua oxunur: «Subhanə mən huvə həfiz la yəğful. Subhanə mən huvə rəhim la yə'cəl. Subhanə mən huvə qaim la yəshu. Subhanə mən huvə daim la yəlhu» (Pakdır o Allah ki, qəflətdə olmadan hifz edəndir. Pakdır o Allah ki, əzab verməkdə tələsmədən rəhm edəndir. Pakdır o Allah ki, yaddan çıxmadan həmişə sabitdir. Pakdır o Allah ki, daimidir, boş və ləğv işlərdən uzaqdır).

Bu duadan sonra 7 dəfə təsbihati-ərbəə deyilir. (Yəni, «Subhanallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər»).

Sonra deyilir (1 dəfə): «Subhanəkə, subhanəkə, subhanəkə ya əzim iğfirliyəz-zənbələzim» (Paksan Sən, paksan Sən, paksan Sən ey əzəmətli Allah, mənim böyük günahlarımı bağışla).

Və bu duadan sonra da 10 dəfə salavat deyilir: "Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd".

Allah bu iki rükət namazı qılanın 70 min günahını bağışlayar.