Мамлайф
Мамлайф
Приложение для мам
humay
humay
Мама двоих (1 год, 4 года)

#aileli #aleli #ailem Birgə satış və alışlar üzrə təşkilatçı xanım vakansiyası açıqdır! Yaş: 22+. Dəstək və yardım…

post image

#aileli #aleli #ailem

Birgə satış və alışlar üzrə təşkilatçı xanım vakansiyası açıqdır! Yaş: 22+. Dəstək və yardım göstərilir, pulsuz təlimlər keçirilir. Məsuliyyətli, ünsiyyətçil və mədəni xanımlar müraciət edə bilər. Əmək haqqı və iş qrafiki müsahibə zamanı razılaşdırılır. Müraciətlər üçün whatsappa yazın:+994775802357

DİQQƏT! Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən…

DİQQƏT! Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır: • ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir; • ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır; • ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir; (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) • dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur; • restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir; • restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir; • saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır; • ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir; • aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır; • ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir; • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir; • dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər; • dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir; • özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər-hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir; • qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır; Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır. Eyni zamanda ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir. Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur. Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.

Медитация и воспоминания

https://youtu.be/naVo4GNOdD0?si=grXcvOH30dLyp2pm Bəzilərinə gülməli gələ bilər bu ama komentleri oxumağlarını və öz gördüklərimi qeyd edecəm. Azerina xanımda bu meditasıyanı ederək böyük bir( məbləğlə ) kecmiş həyatınızda kim olduğunuzu deyir)) Ama bu videoda isə ödənişsiz özünüz edə bilərsiz) Deməli qızlar meditasiya zamanı qaranlıq və sakit otağ lazım olacağ tək olmağınız və gecə olması daha yaxşıdır. Videoda hər şey deyilir,hansı pozisiyonda uzanmalısız nə fikirləşməlisiz həmin fikirlərdə neynəməlisiz və bunları dəqiqliknən edəndə Başka bir dünyaya gedirsiz loru dildə desək Əvvəlki dünyanıza Əvvəlki yaşam tərzinizə Mən ağlıma hec vaxt gəlmiyən yerə və bədənə sahib idim Qəbilədə yaşayırdım,zənci idim,evimiz şəraitsiz idi, taxtalı beşikdə qardaşım var idi yaşım 18 idi. anam atam qardaşım və mən idik. Anam və atam yaşlı görsənirdilər çox İkisidə zənci idi balaca qardaşımda. Özüm isə 70 kğ balaca boy zənci qız idim Ağ iri dişlərim var idi Saclarım hamısı hörüklü idi və ağrıdırdı. Çox xoşbəxt idim Meşədə gülərək qacırdım valideyinlərimin mənimlə fərqli dildə danışığlarını eşidirdim Qısa tünd yaşıl qalın bir geyimdə idim Ayağımda ayaqqabım yox idi Ev cox şəraitsiz idi və ev kimi deyildi —- İndiki halımla qarşılaşandakı reaksiyam belə oldu Çox gözəl və arığ olduğumu dedim Konfortlu həyatım var Ama cox narahatdı İndiki halıma aşik olmuşdum gəlmək isdəmədim ama yenədə O vücutda orda qalmağ istəyirdim. Bu qədər qızlar Möhtəşəm idi Ayılmağ isdəmirdim gözümü acanda onları yaşayıb yenidən bu dünyaya atılmış kimi hiss elədim. Dəli kimi baxmayın mənə😹😹😹 Gedin komentləri oxuyun camaat nələr kimlər olub 😹 Özünüzdə edəndə sadəcə şok kecirəcəksiniz.