Mom.life
Psixoloq-Loqoped Kònul Ehmedova
psixoloq_loqoped_konul_ehmedova
Psixoloq-Loqoped Kònul Ehmedova·Мама подростков
post image

Loqopedik masajın xeyri barədə

Loqopedik masaj - mexaniki təsirin aktiv metodudur. Hansı ki, qan damarları və periferik danışıq aparatının vəziyyətini dəyişdirir. Loqopedik masaj nitqin tələffüz tərəfinin normallaşmasına və danışıq zamanı nitqində çətinliyi olan şəxslərin emosional vəziyyətinə imkan yaradan loqopediyanın formalarından birini təşk...il edir. Bütünlükdə masaj bütün nitq qüsurları zamanı xüsusən dizartriya, rinolaliya, kəkələmə və.s müsbət təsir göstərir. Loqopedik masaj korreksiyalı təsirin bütün mərhələlərində keçirilə bilər, amma başlanğıc mərhələlərdə xüsusi ilə əhəmiyyətlidir. Loqopedik masaj loqoped, defektoloq, tibb işçiləri tərəfindən yerinə yetirilərsə daha yaxşı olar.

Loqopedik masajın fizioloji təsiri;

Loqopedik masaj bədənin üz, əllər, boyun və.s bunlar ilə bərabər qan və limfatik damarlara da təsir edir. Masaj orqanizmə fizioloji təsirindən əlavə, mərkəzi sinir sisteminə də təsir göstərir. Masaj dərinin sekresiya funksiyasını yaxşılaşdırır, limfa və qan dövranını aktivləşdirir, qidalanmanı və mübadilə prosesini yüksəldir. Sizin uşağa bu diaqnozlardan biri qoyularsa: nitq inkişafın ləngiməsi, dislaliya, dizartriya, psixi inkişafın ləngiməsi, USİ və.s bu zaman korreksiyanın bu metodundan istifadə etmək olar.

Loqopedik masaja əks göstərişlər.

- Uşaqda dərinin irinli və göbələk şəkilli xəstəlikləri

- Bədənin masaj edilən sahəsində hematomalar

- Vərəmin aktiv forması

- Qan və kapilyarların xəstəlikləri

- Damarların trombozu

- Onkoloji xəstəliklər

- Yoluxucu yaralar

- Epilepsiya

- Əgər uşaq yaxın vaxtlarda angina keçiribsə, sağalmadan 10 gün ötübsədə zərərlidir.

20.07.2019

Лучший комментарий

Комментариев ещё никто не написал.

Читайте также