Həyatımız elə qurulub ki, dünya yaranandan bəri yer üzərində hər an inkişaf gedir. Hər şey öz sürəti ilə axarına qapılaraq hansısa bir istiqamətdə axır. Sürətini artırsa da və ya bəzən büdrəsə də yenə də dayanmır, axır və dövr edir. Eləcə də bizlər.
Bir ayədə belə buyrulmuşdur:
“Allah sizə özünüzdən qadınlar var edər. Qadınlarınızdan da oğullar və nəvələr var edər. Sizə təmiz şeylərdən ruzi verər. Elə isə batilə inanırlar və Allahın nemətlərini inkar edirlərmi?” “İçrənizdəki subayları, kölələrinizdən və cariyələrinizdən saleh olanları evləndirin. Əgər yoxsuldularsa, Allah onları lütfü ilə zənginləşdirər. Allah lütfü bol olandır, biləndir.”
Allah təala insanları yaratdı və onlara soylu, köklü, nəsilli bir yol göstərdi. Hansı ki, bu yolda, hərə özünə bir gələcək seçdi. Amma, bu yolda tək irəliləmək çox çətindir və məncə maraqsızdır. Qadınla kişinin birlikdə olması, bu yolda yoldaş, bir-birinə dayaq olması, onlar üçün daha maraqlı, rəngarəng həyat sürməyi təmin edir.
O qurduğun xəyalı, o düşündüyün gələcəyi birinin əlindən tutub, onun istisini, sevgisini, səninlə daxilən və xaricən bərabərliyini hiss edərək daha da canlandırıb, o yolda daha da gümrah irəliləyərək, yaşamaq daha gözəldir, nəinki tək.
Ailə — məhz, budur o bərabərlik. Bir-birlərinə bağlı olan, bir-birləri üçün ürəkləri həyəcanla, sevgi ilə çarpan gənclər eşqin nə olduğunu yaxşı bilirlər. Bir-birlərinə qarşı bu dəyərli hissi yaşayanlar bir ömür boyu bərabər addımlamaq istəyi ilə artıq quracaqları ailənin təməl daşını qoyurlar. Gündüzləri bir yerdə salamlayıb, gecələri isə bir yerdə yola salaraq bir həyatı bölüşür, sevgilərinin bəhrəsi olan övladlar dünyaya gətirərək, yuvalarına daha da sevinc, məna qataraq onu genişləndirir və ailə sahibi olurlar. Sonra isə, necə deyərlər, bir yastıqda qocayaraq bu ailənin gözlərinin önündə daha da genişlənməsinin, hər anıyla daha da mənalaşmasının şahidi olurlar.
Cooox gözəl qeyd etdiniz bele bir status paylaşmaqla cox gözel iş gördünüz. Təşəkkur edirəm Sizə Cox sagolun🌷 bizleri dahada maarifləndirdiz🌸🌸🌸🏵