*_Şamaxı Astrofizika Rəsədxanasından oruc tutanlara ÇAĞIRIŞ:_*
*_Şamaxı Astrofizika Rəsədxanasından oruc tutanlara ÇAĞIRIŞ:_*
*_“Ay hələ bu axşam görünəcək!”_*
_Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramının iyunun 5-də qeyd olunacağını elan etsə də, bəzi sosial şəbəkə istifadəçiləri iyunun 4-də Ayın göründüyünü iddia edib._
_Bu isə oruc tutan insanları əndişəyə salaraq, "orucu açaqmı, açmayaqmı" sualları qarşısında qoyub._
_Day.Az xəbər verir ki, AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Modern.az-a açıqlamasında deyib ki, iyunun 3-də Ay görünməyib:_
*_"Ay bu axşam görünəcək"._*
_Ayın görünməsinin əvvəlcədən proqnozlaşdırılması məsələsinə gəlincə, X.Mikayılov bunun mümkünlüyünü təsdiqləyib:_
_"Xüsusi proqnozlaşdırmalarla hələ 3-5 min il sonra üçün də dəqiq proqnoz verə bilirik._
*_Ona görə də əminliklə deyirəm ki, Ay bu axşam görünəcək._*
*_Axşam Günəş batdıqdan (gün saat 20:06-da batır) 1 saat 2 dəqiqə sonra da Ay batır (21:04-də)._*
*_İyunun 4-ü axşam saat 21:20-21:30 radələrində Qərb tərəfdən üfüqə (üfüq açıq olmalıdır) baxsanız, özünüz də yeni Ayı görəcəksiniz"._*
*_Direktor müavini bu axşam Ayın adi gözlə müşahidə ediləcəyini vurğulayıb:_*
_"Bəzən Günəş batandan yarım saat sonra Ay da batır. O anda Ayı adi gözlə görmək çox çətin olur._
_Bu məqamda Ayı görmək üçün professional olmalısınız._
_Amma teleskoplarla rahat görünür._
_Bu axşam isə vətəndaşlar yeni doğulmuş Ayı adi gözlə görə biləcəklər._
_Mən hər birinizi əmin edirəm. Heç bir fikir ayrılığından söhbət gedə bilməz"._
_Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Modern.az-a verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində məscidində bayram namazı qılınacaq._
_Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq._
*_Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək._*
*_Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb._*
*_İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır, bu tarixlər iş günü deyil._*