Mom.life
Psixoloq-Loqoped Kònul Ehmedova
psixoloq_loqoped_konul_ehmedova
Psixoloq-Loqoped Kònul Ehmedova·Мама подростков
post image

Diqqətin fizioloji mexanizimləri

Diqqət də öz fizioloji mexanizimlərinə malikdir. Diqqəti adətən sinir sistemlərinin müxtəlif səviyyələrində yerləşən «süzgəcə» bənzədirlər və bu funksiyanı əsasən retikulyar formasiyanın-yəni törəməli şaxənin həyata keçirdiyi təsdiq olunmuşdur.

Diqqətin fizioloji əsaslarını başa düşməyəoptimal oyanma ocağı haqqında təlim də xüsusi rol oynayır. Bu təlimə görə baş beyin yarımkürələrində hər an oyanma üçün optimal şəraitin olması ilə xarakterizə olunan yüksək oyanma ocağı mövcud olur. Sinir proseslərində beynin bir sahəsində yaranan oyanma prosesləri baş beynin digər sahələrində ləngimə yaradır və əksinə. Diqqətimiz məhz həmin oyanma sahəsilə bağlı olur. Oyanma nə qədər  güclü olursa onun ətrafındakı ləngimə də bir o qədər güclü olur. Məsələn, çox vaxt hər hansı bir maraqlı kitabı oxuduğumuz zaman və ya hər hansı filmə baxdığımız zaman  ona o qədər aludə oluruq ki, bizi çağırdıqlarını hiss etmirik.

#idealinkishaf

Sumqayit weheri

☎️055 805 72 27

06.05.2019
4

Лучший комментарий

Комментариев ещё никто не написал.

Читайте также