Мамлайф
Мамлайф
Приложение для мам
Psixoloq-Loqoped Kònul Ehmedova
Psixoloq-Loqoped Kònul Ehmedova
Мама двоих (8 лет, 12 лет)

Hər ana -ata uşağı üçün bir çox detalı planlaşdırır, uşağı üçün hər şeyin ən yaxşısını istədiyi üçün onlara bol miqdarda…

Hər ana -ata uşağı üçün bir çox detalı planlaşdırır, uşağı üçün hər şeyin ən yaxşısını istədiyi üçün onlara bol miqdarda  nəzarət edir.

Bu davranış forması uşaqlar üçün məcburedicidir. Uşaqlardan bu nəzarətin qüsursuz qarşılanmasını istəmək qarşıdurmalarınyaranmasına səbəb ola bilər. Bu tələblərə cavab verməyə müqavimət göstərən uşaq da valideynlərinin gözündə söz dinləməyən uşaq tipinə çevrilir.Uşaqlar söz dinləməz, çünki uşaqlar yetkinlərin ağızından çıxan sözlərə görə hərəkət edən robotlar deyil.Uşaqların istəkləri, maraqları, hərəkət etmə vəqayğı görməyə ehtiyacı vardır. Uşağın bu ehtiyacları və istəkləri yetkinin məşğul və planlı həyatında işlərin yolunda getməməsinə səbəb olan bir maneə halına çevrilə bilər. Ana və ata uşağı üçün, bir çox detalı planlaşdırır: səhər qalxma saatı, yeyiləcək olan yeməklər, yatma saatı və s. Bu valideynlərin uşağı üçün hər şeyin ən yaxşısını istəmək arzusudur. Əllər yuyulmalı, çirkli paltarlarla gəzməməli, evdə qaçmamalı, əlləriylə bir şey yeməməli, yalan danışmamalı, oyuncağını paylaşmalı, zamanı yaxşı istifadə etməli, sürətli geyinməli, ev tapşırıqları vaxtında edilməli, qardaşla yaxşı dolanılmalı kimi bol miqdarda nəzarətiqarşılamaq bir uşaq üçün məcburedicidir. Bu səbəblə qarşıdurmalar yaşanır. Qısası, ana- atanın nəzarətinə, ideallarına görə davrana bilməyən uşaq söz dinləməyən uşaq etiketini alır.Uşaqların yetkinin gözlədiyi istəklərə uyğun davranmağa razı salmanın tək yolu, onlara bir şeyləri  əmr etmək deyil,söyləməkdir. Ana- atalar bunun başa düşsələr, söz dinləməyən uşaq imici də ortadan qalxar. Hər uşağın ehtiyacına uyğun intizam anlayışı ilə hərəkət etmək kifayətdir

@idealinkishaf

Sumqayit s.

☎️055.805.72.27

Медитация и воспоминания

https://youtu.be/naVo4GNOdD0?si=grXcvOH30dLyp2pm Bəzilərinə gülməli gələ bilər bu ama komentleri oxumağlarını və öz gördüklərimi qeyd edecəm. Azerina xanımda bu meditasıyanı ederək böyük bir( məbləğlə ) kecmiş həyatınızda kim olduğunuzu deyir)) Ama bu videoda isə ödənişsiz özünüz edə bilərsiz) Deməli qızlar meditasiya zamanı qaranlıq və sakit otağ lazım olacağ tək olmağınız və gecə olması daha yaxşıdır. Videoda hər şey deyilir,hansı pozisiyonda uzanmalısız nə fikirləşməlisiz həmin fikirlərdə neynəməlisiz və bunları dəqiqliknən edəndə Başka bir dünyaya gedirsiz loru dildə desək Əvvəlki dünyanıza Əvvəlki yaşam tərzinizə Mən ağlıma hec vaxt gəlmiyən yerə və bədənə sahib idim Qəbilədə yaşayırdım,zənci idim,evimiz şəraitsiz idi, taxtalı beşikdə qardaşım var idi yaşım 18 idi. anam atam qardaşım və mən idik. Anam və atam yaşlı görsənirdilər çox İkisidə zənci idi balaca qardaşımda. Özüm isə 70 kğ balaca boy zənci qız idim Ağ iri dişlərim var idi Saclarım hamısı hörüklü idi və ağrıdırdı. Çox xoşbəxt idim Meşədə gülərək qacırdım valideyinlərimin mənimlə fərqli dildə danışığlarını eşidirdim Qısa tünd yaşıl qalın bir geyimdə idim Ayağımda ayaqqabım yox idi Ev cox şəraitsiz idi və ev kimi deyildi —- İndiki halımla qarşılaşandakı reaksiyam belə oldu Çox gözəl və arığ olduğumu dedim Konfortlu həyatım var Ama cox narahatdı İndiki halıma aşik olmuşdum gəlmək isdəmədim ama yenədə O vücutda orda qalmağ istəyirdim. Bu qədər qızlar Möhtəşəm idi Ayılmağ isdəmirdim gözümü acanda onları yaşayıb yenidən bu dünyaya atılmış kimi hiss elədim. Dəli kimi baxmayın mənə😹😹😹 Gedin komentləri oxuyun camaat nələr kimlər olub 😹 Özünüzdə edəndə sadəcə şok kecirəcəksiniz.

Niyə mənim üçün dua etməlisiniz?

Qızlar hər duada bir amin var 🤲iki günə həkimə gedirəm. Mənim üçün dua edin bu oksigen çatışmazlığı deyilən əziyyət mənnən əlçəksin.uje qolumda yer yoxdu deşik deşik,dərmanlar bezdirib canımı...Xoş xəbərlər eşidim çox ehtiyacım var...

Bu gün günlərdən sevgi, xoşbəxtlik, hüzur... Bu gün tam 1 il əvvəl bir möcüzə doğuldu. Cənnət qoxulumu qucağıma alalı…

Bu gün günlərdən sevgi, xoşbəxtlik, hüzur... Bu gün tam 1 il əvvəl bir möcüzə doğuldu. Cənnət qoxulumu qucağıma alalı tam 1 il oldu. Sən demə övlad qoxusu, gülüşü, baxışı fərqli imiş. Bir damcı gözyaşı üçün dünya dağılarmış. Həmişə gülsün, xoşbəxt olsun deyə canını belə verərmiş insan. Onun 1 dəqiqə çox yatması üçün nəfəs almadan, səs çıxarmadan gözləyərmiş saatlarla. Bütün gecə yuxusuz qalmağa belə dəyərmiş. Xəstələnsə içi alov tutub yanarmış insanın. Ana olduqdan sonra bir başqa düşünərmiş insan, bir başqa baxarmış dünyaya. Bütün xəyallar onun üzərində qurular, bütün arzular onun üçün tutular, bütün dualar ona olunarmış. Övladmış bu, yoxmuş bundan ötəsi. Yoxmuş onun qoxusu qədər gözəl ətir, yoxmuş onun bədənindən daha yumşaq pambıq, yoxmuş onun qədər saf, duru su. Övladmış canının içindəki can... Yaxşı ki, doğuldun qızım, yaxşı ki varsan! İlkimsən, ən dəyərlimsən. Canımdan can, Allaha və bu dünyaya əmanətimsən! Səni çox sevirik! 🤱🏻👼🏻💕