Мамлайф
Мамлайф
Приложение для мам
Traum

Deməli bele :) Doğumum haqqinda yazmaq istəyirəm, bəlkə kiməsə faydali olar. Ayin 22 si seher 11 de suyum geldi, özü də…

Deməli bele :) Doğumum haqqinda yazmaq istəyirəm, bəlkə kiməsə faydali olar. Ayin 22 si seher 11 de suyum geldi, özü də birdən birə. Uzi ayin 27sine demişdi vaxtimi. Hələ gecədən uşaq çox aktiv idi, əməlli basli ashagi düşdüyünü hiss eləmişdim. Səhər suyum gəldi. Həkim dedi bir neçə saat gözləyim. Saat 5 e qədər gözlədim ama ağrı çooox zəif idi. Suyum isə hələ də gəlirdi. Və ondan sonra hər şey başladı nə başladı 🤦 saat 7 də klinikaya (BMP Babək) gəldik. Paket analizləri, muayine, uzi filan, yarım saat belə çəkdi. Ama dəhşət sancılarım var idi. Açılış cemisi 1 barmaq. Hekimim geldi. Saat 8de sanci otagina apardilar meni, ağrıdan həkimə yalvarırdım ki emeliyata alsın meni. Çünki sancını susuz çəkirdim, sonradan həkim mənə dedi ki, suyun öncədən açılıb deyə bele əziyyət çəkirsən. Ama açılış 5 barmağa çatmışdı. Nst hər şeyin qaydada olduğunu göstərirdi, uşağın ürək döyüntüləri normal idi. Həkimim belə ideal vəziyyətdə əməliyyat eləməyin günah olduğunu dedi, əlim ayağım üzüldü)))) Epidural qoydular, ama o da ağrımı tam azaltmadi nə yalan deyim. Başa düşdüm ki, doğmalıyam başqa çarə yoxdu, hekim deyir öldü var döndü yoxdu))) 2 saat sancıdan sonra 10 barmaq açılış. Urrraaa, doğuma apardılar, 15 dəqiqə ərzində qızım qucağımda idi. Ele stoldaca telefonumu verdilər, anama zəng eledim. Cifti çıxardılar, tikiş qoydular, amma dünya aləm vecimə deyildi.))) Ne yaxşı ki, həkimimə qulaq asdım ve doğum üçün məhz onu seçdim. Nə yaxşı ki o sancilara dözdüm, indi o sancını yadıma salmaq istəyirəm amma alınmır)) həqiqətən də möcüzədir :) sabah inşallah eve gedirik :) BMPdan da çox razı qaldım, həm personaldan həm də şəraitdən. Qeyd edim ki sığorta ilə (Paşa sığorta) oldu doğuşum. Bütün hamiləliyim boyu analiz ve uzi də sığorta hesabına idi. Paşa sığortadan da Allah razi olsun😂

15

Комментарии

vhjkkj

tnhhzbjkllll

Caan Allah balani saxlasin.Sukur Allaha balani qucagina almisan.Istoriyan maraqli idi Pasha sigortanida lap emelli basdi reklam spam eledin😂

Отметок «Нравится»: 0
traum__

Traum

@tnhhz.26 cox sagolun, Allah sizin də balalari saxlasın

Отметок «Нравится»: 0
saidahuseyn

Saida♡☆

Allah saxlasin.dogus bir mocuzedi.quzum evvelki nikini yaz da seni xatirlaya bilmirem ureyim partlayir uje😊 @traum__

Отметок «Нравится»: 1
traum__

Traum

@saidahuseyn haha caan, evvel adim Dream__ idi. Ele indi de hemin menasi var ama Alman dilinde😂

Отметок «Нравится»: 0
saidahuseyn

Saida♡☆

@traum__ ay da he yadima dusdu.cunki baxiram postlar yadimdadi hamisi ama adi xatirlaya bilmirdim😀

Отметок «Нравится»: 0
leylasi

Leyla Karimzada

Tebrikler🌹🌹🌹 Allah saxlasin balacani🙏🏼

Отметок «Нравится»: 1
mumik402

Zakir

Мама сына (2 года), беременна (21 нед.)

Tebrikler, sag salamat boyusun ! Hekim kimidi?

Отметок «Нравится»: 1
traum__

Traum

@mumik402 Humay Aslanli. Qara Qarayev 7 sayli doğum evinde ishleyir.

Отметок «Нравится»: 0
miss.ulviyya

Ulya

Caaan wukur lap oxuyub gozlerim doldu. Esasi salamat oldu her wey

Отметок «Нравится»: 1
traum__

Traum

@miss.ulviyya size de sag salamat Inshallah

Отметок «Нравится»: 1
afaelkhansoi

Afa Moustafa

В ожидании первенца

@traum__, salam, bilmek isteyirem baku medicalda ushaq i ana uchun her shey ozleri verir? Geyimi de?

Отметок «Нравится»: 0
traum__

Traum

@afaelkhansoi salam. Her sheyi verdiler, sadece ozunuz ucun gigiyenik əşyalarınızı götürün, shampun, dish pastasi, dish shetkasi, daraq, tuman,desmal, kosmetika ve s. yeni belə sheyler. Ushaga da her sheyi özləri verir, anaya da. Ama men her ehtimala qarshi özümə pijama da götürmüşdüm ki yanıma gələn olanda onu geyinim. Onlarin pijamasini beyenmedim))

Отметок «Нравится»: 0
afaelkhansoi

Afa Moustafa

В ожидании первенца

@traum__, ushaq uchun geyimleri teze olmur sehv etmiremse ozumuzle gotrumeye icaze var?

Отметок «Нравится»: 0
traum__

Traum

@afaelkhansoi teze olmur ama təmiz olur. Mən götürmedim. Ama xestexana cixisi ucun goturun.

Отметок «Нравится»: 0
afaelkhansoi

Afa Moustafa

В ожидании первенца

@traum__, chox sagolun informatsiaya gore))

Отметок «Нравится»: 0