Посмеяться Xaricilərdə evlənmə:
Посмеяться
Xaricilərdə evlənmə:
- Flirt
- Birlikdə yaşama
- Ailələrin tanışlığı
- Nikah
- Ailə və dostlarla kiçik mərasim
- Bal ayı
- Normal həyata dönüş
Bizdə evlənmə:
- Evdəkilərdən gizlin tanışlıq, orda-burda görüşmə
- Qızın oğlanla görüşdüyünü etiraf etməyi. Evdə gərginlik, dava-qırğın.
- Ananın birtəhər atanı yola gətirməyi.
- Oğlanın nəslini araşdırma
- Arvadların tanışlığa gəlməyi
- Kişili-arvadlı elçilik
- Həri
- Söz-söhbət (həridə eltinin anasının iştirak etməməsi)
- Nişan bazarlığı (tanımadığın qadınlar sənə alt-paltarı, tursik zad alır😄)
- Nişan
- Dava (ucuz komplekt alınıb, qolbaq nazik olub, oğlana qoyulan pijama krujevalı deyil və s.😄)
- Qurbanlıq (qırmızı ayaqqabılı qoyun)
- Dava (qoyunun qanı yaxşı axmadı)
- Qızın ad günü
- Söz-söhbət (baldız göz süzdürüb)
- Ev bəzəmə (cehizə görə borca girmə, atanın fikir eləməyi, qaynananın bəyənməməyi)
- Gəlinliyin seçilməsi (oğlan zəng vurur: sinəsi açıq olmasın haa😄)
- Xına (10 barmağını havaya tutub xınalı gəzmə, ovuca baş hərf yazılma, qızın başına fırlanma)
- Yolkəsdi
- Gəlinaparma (qapının ağzında soxasox oynamaq)
- Toy (dünyanın xərci, 85 cür təam, heç vaxt üzünü görmədiyin adamların ot duşi şıdırğı oynamağı)
- Toyda dava (oğlanın yeznəsinin bacanağı qızın xalası oğlunun bibisi nəvəsinin zakazına icazə verməyib😕🔫)
- Toydan sonra dava (baldız niyə ağ geyinmişdi, gəlin tək olar😎)
- Yengə😎😄
- Üçgünlük
- Bal ayı (oğlangilin kəndinə nənəsinin əlini öpməyə getmək😍)
- 1 ay sonra: bişey mişey var?
- 1 il sonra: niyə qız doğmusan? Oğlan doğ, nəsil davam eləsin, sən də yerini bərkit...
- 5 il sonra: oğlan tərəfin hələ də toy xərclərini, qız tərəfin cehizin kreditini ödəyib qurtara bilməməsi. (c) 😂😂😂
🦄·
В ожидании первенца
😂😂😂😂 super👍
Anjela Agayeva·
Мама сына-младенца
👍😂
Samira🎀·
😆😆😆😆😆😆😆
Sabincik·
Yerini berkit ozde
Aaa·
Ahahah😂😂😂
Наира Бабаева·
😂
Саида·
Даа уж!
Aynur·
Мама сына-младенца
😂😂😂
Mama Fifi·
Мама дочки (3 года)
K sojaleniyu))
Aysel·
😹😹
Инна Гаджиева·
В ожидании первенца
Слава Богу меня это все обошло 🤣🤣🤣
Leyla·
😂😂😂😂😂😂😂
ॐ♥fลrนd∫รล♥ॐ·
😂😂😂