Ya Muqit! Ya Nasir! Bizləri səndən başqasına möhtac etmə, ruzimizi bərəkətli eylə, işlərimizi səhmana sal, bizləri xeyrə yönəlt, şərdən isə uzaq eylə, kimin harda nə sıxıntısı, nə problemi varsa onları aradan qaldır, hər çətinlikdən sonra vəd etdiyin rahatlığı nəsib eylə bizlərə Ey kömək istənilməyə layiq olan Rəbbimiz!
Ya Allah! Sən bizləri və bizdən sonra gələcək nəsilləri də imanlı, ixlaslı eylə! Sənin o gözəl cənnətinə layiq olmaq üçün xeyir əməllərimizin sayını artır.
Ey Rəbbimiz! Sənə gələn yollarımızı nurunla aydınlat, qəlblərimizə elə bir sevgi ver ki hər şeyi və hər kəsi Sənin rızan üçün sevək, nəfsinin qurbanı olan kəslərdən etmə bizləri.
Allahım! Biz Sənə güvənmişik, Sənin təkliyinə inanmışıq, bizləri yardımlaşmağı sevən, xeyir əməlləri etməkdə bir-biri ilə yarışan kəslərdən eylə!
Ya Rəbbəl Aləmin! Bu mübarək gecəni bütün müsəlmanlar üçün xeyirli eylə və etdiyimiz bütün dualarımızı qəbul etməklə bizləri sevindir! Amin!
Ey bizə bir-birindən gözəl nemətlər bəxş edən uca Allahımız! Sən böyüksən, zənginsən, biz isə acizik, Sənin rəhmətinə çox möhtacıq, Sənin mərhəmətindən ümid üzməyib əfv diləyirik, tövbə edirik Ya Rahim, Ya Ğaffar! Ya Təvvab! Ey dərdlərimizi, sıxıntılarmızı bizdən daha yaxşı bilən Rəbbimiz! Səndən hər çətin anlarımızda səbirli davranmağı istəyirik! Ya Allah! Yaşadığımız hər bir imtahanımızı xeyirli sonluqla, bizi razı salacağın bir şəkildə bitir! Müsibətlərdən qoru bizi Ya Hafiz! Imanımızı güclü eylə! Ibadətlərmizi vaxtı-vaxtında sevə-sevə yerinə yetirən kəslərdən eylə bizləri! Ey Rəbbimiz! Sənin sevginə çox möhtacıq, bizləri çox sevdiyin, Sənin qatında dəyərli olan, mələklər önündə fəxr etdiyin bəndələrindən eylə Ya Vadud! Ya Hakim! Ya Mütəali! Bizlərə nurlu qəlblər ver! Verdiyin nemətlərə görə Sənə çox şükürlər olsun, yaratdıqlarının sayı qədər Sənə gözəl, mübarək həmd-sənalar olsun Ey Rəbbimiz, Səndən çox razıyıq, Sən də bizdən razı qal, bizləri Firdovs cənnətinlə mükafatlandır! Sənə gözəl sonluqla qovuşanlardan eylə bizləri, ömrümüz Sənə ibadət etməklə keçsin Ya Allah! Ya Səlam! Ölkəmizi qoru fitnə fəsadlardan qoru,bütün xəstələrə sağlamlıq ver Ey şəfa verən Rəbbimiz, subaylarımızın evliliklərini asanlaşdır, evliliklərini xeyirli eylə, uşaqsız ailələrimizi sevindir, onlara saleh övladlar ver Ya Fəttah! Bizi çirkin əməllərin şərrindən qoru! Bizləri gözəl əxlaqlı eylə!
Amin