Vaginal doğuşun üstünlüyü nədədir?
Vaginal doğuşun üstünlüyü nədədir?
Doğuşunuz vaginal yolla tamamlanarsa:
- Doğuşdan dərhal sonra uşağınızla bilavasitə dəri təmasında olmaq və döşlə qidalandırmanı erkən başlamaq ehtimalınız artar.
- Orqanizminizin bərpa olunması daha sürətlə gedər və gündəlik fəaliyyətinizə daha tez qayıtma imkanınız olar.
- İlk doğuşunuz vaginal doğuş olarsa, növbəti doğuşlarınız, adətən, daha asan keçər və uşaq üçün gözlənilən risklər minimum səviyyəyə enər.
Gələcək doğuşunuz haqqında qərar verməzdən əvvəl bu seçiminiz barədə tibb işçilərindən ətraflı məlumat alın.
Hansı hallarda qeysəriyyə əməliyyatının planlaşdırılması məqsədəuyğundur?
Sağrı gəliş. Bir döl ilə hamilə olan qadınlara sağrı gəlişi olduğu hallarda əks-göstəriş olmadıqda dölün xaricdən çevrilməsi təklif olunur. Əks-göstəriş olduğu və ya xaricdən çevriliş baş tutmayan hallarda qeysəriyyə əməliyyatı təklif olunur. Bu hallarda qeysəriyyə əməliyyatı neonatal xəstələnmə və perinatal ölüm ehtimalını azaldır.
Esi·
В ожидании первенца
@leyla-a, men ozum ayaqla gelmisem mama ele dogub meni. o vaxti uzi ne gezir bilmiyibler birde gorubler ayaqlar😄😄😄😄 ne pis olmusam.
Лейла·
Мама сына (2 года)
😂😂😂😂😂😂. Арада акушеркая бит тепик вурмамысан?