Qadına olunan hörmət dəyər bu dürmü?
Qadın uşaq olur;
Gülməsi, oynaması,
Ordan-bura qaçması xor görülür;
Əngəllənir…
'Qız xeylağı ciddi olmalıdı' sözünü öyrənir.
Susur!
Qadın məktəbə gedir;
Oxuma yazma öyrənəcəyi qədər,
Qadın olmasına çatacaq qədər.
Səbəbini anlaya bilmir;
'Oxuyub nə olacaqsanki, oxumuş ev qadını?' sözünü öyrənir.
Susur!
Qadın gənc olur;
Gəzməsi, getməsi, danışılır.
Söz gəlməsin deyə, şüşədən çölə baxmaz.
'Pis qadın' nə deməkdi öyrənir.
Susur!
Qadın evlənəcək yaşa gəlir;
Ər seçməz;
Seçilir.
'Qız xeylağını boş buraxsan ya halvaçıya ya zurnaçıya gedər sözünü' öyrənir.
Susur!
Qadın evlənir,
Evdə xidmətçi,
Mətbəxdə aşbaz,
Ərinin yanında qulluqçu olur.
'Yuvanı dişi quş qurar' sözünü öyrənir…
Susur!
Qadın aşağılanır, sözü dinlənilmir,
'Ərin vurduğu yerdə, gül bitər' sözünü öyrənir
Susur!
Qadın ana olur,
'Ərinin uşağının anası olur.
Oğlan doğmasa
Nə qadınlığını, nə analığını isbatlayır.
Oğlan doğur,
İlk dəfə alqışlanır… ki;
Yenə də ər öyülür.
'Kişi adamın kişi uşağı olur'sözünü öyrənir;
Susur!
Qadın yaşlanır 'ana' olur;
Hörməti o yaşda görür.
Danışmaq istəyir;
Vaxt gecikiir ..
Köçür gedir…
Nəhayət;
Qadın doğulur,
Böyüyür,
Yaşayır,
Ölür,
Və
Susur ..
Qadina olunan hormet deyer budurmu?
N...·
Мама дочки-младенца
Umumi menim fikrimce, qadinlari zerif mexluq adlandirib, boynuna heyatin en cetin ve agir ishleri qoyulur. Cox haqsizligdir, bundan sonra kimden edalet gozlemek olar? Eger heyat bele haqsizlig ustunde qurulub. En cox mene o maraglidir ki, isteyende hami neve bala isteyir, amma cetinliyini ancag ana gorur. Kimse komek eleyende de, o komeyi boyuk bir ish kimi, minnet kimi gorur, san ki ushaglar tek anaya aiddiler. Kim fikrimle razi deyilse, duz kecsin. Bu menim shexsi dushuncelerimdir. Tez- tez aglima gelir dushundurur meni, indi bolushdum.
zulya·
Мама сына (8 лет)
qadin Anadir.Ana muqeddesdir.ona gore deyilir cennet analarin ayaqlari altindadi
Adele Agayeva·
Мама дочки-младенца
@n317, 👍 duzdu
Vusale·
@n317, 👍🏻👍🏻👍🏻
nurane·
biryerdr oxudum paylasdim sizlerlede fikrimi,qadinin boynunda cox yuk var,kiwidende artiq,qadin peygember olmasada,peygember dunyays getirende yene qadindi,hetta bir xutbede qulaq asmiwdim.diyilirdi,qadinin adam olmagina ehtiyac yoxdu qadin zaten adamdi,yaradiliwi beledi,kiwileri ehillewdirmek bir qeder qelizdi,qadina bezen bir tekanda kifayet edir bu qeder.agirliq varken ciyinlerimizden,Rebbim.elbet mukafatinda verecek,hecbie hedisde yoxdu cennet kisilerin ayaqlari altindadi,ancaq qadinlarin,bunnan boyuk nemet ne ola biler
nurane·
tek bunlarlada bitmire qizlar,qadin hamileyken gunduzleri oruc tutub,geceleri,ibadet eden kimidi,doguw edende butun gunahlari ehv olunur,usaga sud verende her damciya gore savab qazanir,ev iwleri gorende bele Allah ona savab yazir,usagina ailesinw bacarken bele,Islam qadina cox onen verir,bawqa olkeleri dinleti deye bilmerem